Главная > Siyasət > “Şuşaya bir nəfəs qədər yaxınıq” - İlham Əliyev
“Şuşaya bir nəfəs qədər yaxınıq” - İlham Əliyev3-11-2020, 13:37. Разместил: azadses |
Qarabağın işğaldan azad edilməsi uğrunda aparılan müharibənin 35-ci günündə - dünən Bakıya gələn Türkiyənin “Habertürk” saytının yazarı, professor Kürşad Zorlu bu gün maraqlı məqalə ilə çıxış edib. ''Azad Səs'' Pravda.az -a istinadən xəbər verir ki, Kürşad Zorlu noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş naziri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub. Kürşad Zorlu “Cumhurbaşkanı Aliyevden önemli açıklamalar: “Şuşaya bir nefes kadar yakınız!” adlı bugünkü məqaləsində Azərbaycana səfərinin təəssüratlarını bölüşüb. Müəllif Azərbaycanın Qarabağda apardığı uğurlu mücadilənin bütün Türk Dünyası üçün böyük önəm daşıdığını vurğulayıb. Kürşad Zorlu qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli qonaqları qarşılayarkən "Evinizə xoş gəldiniz!" deyə isti və səmimi münasibət nümayiş etdirib. O, İlham Əliyevin əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etməyi də unutmayıb. Müəllif məqalədə çox maraqlı bir məqamı da təsvir edib. Bildirib ki, görüşdə Türkiyə nümayəndə heyətinin rəhbəri Binali Yıldırımın İlham Əliyevə ünvanladığı “Şuşada durum necədir” sualına Azərbaycan Prezidenti belə cavab verib: “Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır”. Kürşad Zorlu qeyd edib ki, Azərbaycan Prezidenti Qarabağda aparılan hərbi əməliyyatlarda Ordunun ərazilərin relyefini nəzərə alaraq, çox diqqətlə hərəkət etdiyini də bildirib. "Biz ərazi şəraitinə görə çox diqqətli davranırıq. Ermənistana davamlı olaraq silah və hərbi texnika gəlir. İndiyə qədər 300-dən çox tankı və 8 ədəd S300 müdafiə sistemini məhv etdik. Bunlar S400-dən bir az zəifdir. Bu silahları Gürcüstan üzərindən sınadılar və bacarmadılar. Bu silahları mülki təyyarələrlə daşıdıqlarını bilirik. Bu mövzuda beynəlxalq qurumlara da müraciət etdik, amma nəticəsi olmadı". Вернуться назад |