Главная > Siyasət / Manset > Ermənistanın atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyan barədə son məlumat
Ermənistanın atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyan barədə son məlumat3-11-2020, 11:26. Разместил: azadses |
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən ''Report''-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 461, çoxmənzilli yaşayış binalarının sayı 97, yaşayış evlərinin sayı isə 2 488-dir. Вернуться назад |