Главная > Siyasət / Manset > MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub


2-11-2020, 09:07. Разместил: azadses
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.
Bu barədə ''Azad Səs'' -ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Noyabrın 2-nə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Вернуться назад