Главная > Siyasət > Prezident İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı təbrik edib


1-11-2020, 15:55. Разместил: azadses
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya telefonla zəng edib.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, dövlətimizin başçısı Giorgi Qaxariyanı hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Gürcüstanın Baş Naziri təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Вернуться назад