Главная > Siyasət / Dünya > Erməni əsilli şəxslər azərbaycanlıların Sidneydəki aksiyasına mane olmaq istəyiblər - FOTO
Erməni əsilli şəxslər azərbaycanlıların Sidneydəki aksiyasına mane olmaq istəyiblər - FOTO1-11-2020, 10:58. Разместил: azadses |
Avstraliya-Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Birliyinin təşəbbüsü ilə Sidney şəhərində yaşayan azərbaycanlı icması erməni terroruna etiraz olaraq avtomobil yürüşü keçirib. Diasporla İş üzrə Dövlət Xidmətindən ''Report''a verilən məlumata görə, 100-ə yaxın avtomobilin iştirakı ilə keçirilən avtoyürüş Oubern qəsəbəsinin "Road Station" küçəsindən start götürüb, mərkəzi küçələrlə dairəvi hərəkət etdikdən sonra həmin ünvanda başa çatıb. Üzərində üçrəngli Azərbaycan bayraqları və “Qarabağ Azərbaycandır” şüarları asılan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin dinc əhalisinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulmasına çəkiblər. Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə Bərdə şəhərində törətdiyi terror aktının nəinki beynəlxalq hüquqa zidd addım, eyni zamanda insanlığa qarşı yönəlmiş cinayət olduğunu vurğulayıblar. Erməni əsilli şəxslərin yürüş iştirakçılarına mane olmaq cəhdlərinə baxmayaraq, aksiya insidentsiz başa çatıb. Вернуться назад |