Главная > Siyasət > Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub


1-11-2020, 09:06. Разместил: azadses
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.
Bu barədə ''Azad Səs'' Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Вернуться назад