Главная > Siyasət > Tailandda erməni terrorunun qurbanları yad edildi

Tailandda erməni terrorunun qurbanları yad edildi


31-10-2020, 14:21. Разместил: azadses
Tailand Krallığında yaşayan azərbaycanlı icmasının fəallarından olan Gündüz Qasımlının təşəbbüsü ilə Phuket şəhərində işğalçı Ermənistan ordusunun törətdiyi terror aktlarının qurbanları yad edilib.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Anım tədbirində azərbaycanlılarla yanaşı, yerli sakinlər və digər xalqların nümayəndələri də iştirak edib. 
Tədbir iştirakçıları işğalçı Ermənistan ordusunun Gəncə və Bərdədə törətdiyi terror aktlarının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəkilləri önünə gül dəstələri düzüblər.
Bildirilib ki, təcavüzkar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən kənarda, müxtəlif şəhər və rayonlarında dinc əhalini qəsdən hədəfə alaraq onlarla günahsız insanı, xüsusilə də azyaşlı məsum uşaqları qətlə yetirməsi insanlıq əleyhinə cinayətdir.

Вернуться назад