Главная > Siyasət / Manset > MN: Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır
MN: Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır31-10-2020, 10:12. Разместил: azadses |
Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib. "Azad Səs"in xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. "Bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir", - məlumatda vurğulanıb. Вернуться назад |