Главная > Siyasət / Manset > Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib - VIDEO

Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib - VIDEO


30-10-2020, 16:55. Разместил: azadses
Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.
Bu barədə ''Azad Səs'' -ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Oktyabrın 30-u saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.
Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.

Вернуться назад