Главная > Siyasət > Ordumuz irəliləyir, düşmən geri çəkilir - CƏBHƏDƏN YENİ XƏBƏR

Ordumuz irəliləyir, düşmən geri çəkilir - CƏBHƏDƏN YENİ XƏBƏR


29-10-2020, 14:34. Разместил: azadses
“Hazırda ordumuz çox uğurlu əməliyyatlar keçirir, düşmənə ağır zərbələr endirir”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov  Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından danışarkən deyib. O bildirib ki, düşmən tərəfi ağır itikilər verərək geri çəkilir:
“Ordumuz demək olar ki, bütün istiqamətlərdən düşmənə ağır əks-hücum zərbələri endirir. Faktiki olaraq cəbhədə güc bizim tərəfimizdədir. Uğurlu hərbi əməliyyatlar davam edir. Düşmən zərbələrin təsirindən çıxılmaz vəziyyətə düşüb. Yeni ərazilərin işğaldan azad olunması ilə bağlı xəbərlər var. Hesab edirəm ki, cənab Ali Baş Komandan bu gün və ya sabah bununla bağlı şad xəbərləri xalqımıza çatdıracaqdır”.

Вернуться назад