Главная > Siyasət > Ermənilər Türkiyədən İrəvana qaçır - “Məğlub oluruq”

Ermənilər Türkiyədən İrəvana qaçır - “Məğlub oluruq”


29-10-2020, 12:47. Разместил: azadses
Ermənistanın yüz qırx iki vətəndaşı 28 oktyabrda Türkiyədən vətənə dönüb.
''Azad Səs'' Konkret.az-a istinadən xəbər verir ki, bu barədə İstanbulda nəşr olunan “Akos” erməni nəşrinin baş redaktoru Edvard Tandzikyan Twitter-də açıqlayıb.
“Məğlub oluruq. Hamımız məğlub oluruq, aldanırıq” yazıb.
Bundan əvvəl, Türkiyə parlamentinin deputatı, əslən erməni olan Karo Paylan ermənilərə qarşı təhdidlərin Azərbaycanın başladığı hərbi əməliyyatların başlamasından sonra daha da artdığını söyləyib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nifrət mühitini Türkiyədə adi hala gətirdiyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, İstanbulda təxminən 40 min erməni yaşayır. Üstəlik İstanbulun erməni icması Türkiyədə yaşayan etnik azlıqlar arasında ən böyükdür. Ümumiyyətlə, ölkədə 60 minə yaxın erməni var.
Xatırladaq ki, sentyabrın 27-də Qarabağda döyüş əməliyyatları başlayandan bəri Azərbaycan bayraqlı avtomobillər İstanbulun erməni məhəllələrindən keçib. Bir neçə rəsmi erməni saytı bloklanıb.

Вернуться назад