Главная > Siyasət / Manset > Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib

Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib


29-10-2020, 11:53. Разместил: azadses
Bu gün Cenevrədə keçirilməsi planlaşdırılan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasındakı görüş sabaha (oktyabrın 30-na) təxirə salınıb.
Bu barədə ''Report'' -a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərindən yeni görüş vaxtının təsdiqləməsini gözləyir.

Вернуться назад