Главная > Siyasət > Hikmət Hacıyev Bərdəyə getdi

Hikmət Hacıyev Bərdəyə getdi


29-10-2020, 09:00. Разместил: azadses
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bərdə və Tərtər rayonlarına yola düşüb.

''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.

“Biz beynəlxalq KİV-ə və diplomatik korpusa Ermənistanın heç bir günahı olmayan dinc sakinlərə qarşı qəsdən hərbi cinayətlərini göstərmək üçün Bərdə və Tərtərə gedirik. Onlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Şəfqət üçün diplomatik korpusumuza təşəkkür edirik!”, - deyə Hacıyev yazıb.


Вернуться назад