Главная > Siyasət > Diplomatik korpusların nümayəndələri Bərdə və Tərtərə gedir
Diplomatik korpusların nümayəndələri Bərdə və Tərtərə gedir29-10-2020, 08:33. Разместил: azadses |
“Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb. “Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!” Вернуться назад |