Главная > Siyasət > Düşmənin bu gecə məhv edilən döyüş texnikalarının siyahısı

Düşmənin bu gecə məhv edilən döyüş texnikalarının siyahısı


29-10-2020, 08:02. Разместил: azadses
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.
Bu barədə ''Azad Səs'' -ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Вернуться назад