Главная > Siyasət > Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb
Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb28-10-2020, 15:43. Разместил: azadses |
Ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ağır yaralanan şəxslərdən biri xəstəxanada vəfat edib. Bu barədə ''Report''-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Məlumata görə, ötən gün hadisədən sonra xəstəxanaya gətirilən Almaz Məmmədova bu gün dünyasını dəyişib. Beləliklə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 5-ə yatıb. Вернуться назад |