Главная > Siyasət > MN: Düşmən hərbi cinayətlərindən diqqəti yayındırmaq üçün dezinformasiya yayır
MN: Düşmən hərbi cinayətlərindən diqqəti yayındırmaq üçün dezinformasiya yayır28-10-2020, 14:16. Разместил: azadses |
Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır. Bu barədə ''Azad Səs'' -ə Müdafiə Nazirliyindən məlumat verilib. "Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır", - məlumatda vurğulanıb. Вернуться назад |