Главная > Siyasət / Manset > MN: Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Ağcabədini atəşə tutub
MN: Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Ağcabədini atəşə tutub28-10-2020, 09:02. Разместил: azadses |
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə ''Azad Səs'' -ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb. Вернуться назад |