Главная > Siyasət > “Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"28-10-2020, 08:43. Разместил: azadses |
“The Heritage Foundation” nəzdində Ellison Xarici Siyasət Araşdırma Mərkəzinin direktoru Lük Koffi Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə apardığı əks-hücum əməliyyatları ilə bağlı fikirlərini bölüşüb. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, o, bununla bağlı “Twitter” hesabında paylaşım edib. “Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir. Laçın 1992-ci ilin mayından bəri erməni işğalı altındadır. Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirən əsas yol oradan keçir. Doğrudursa, müharibə yeni mərhələyə qədəm qoyub”.Oxu.az Вернуться назад |