Главная > Siyasət > Vəng kəndinin Çinarlı kəndi adlandırılması təsdiqləndi
Vəng kəndinin Çinarlı kəndi adlandırılması təsdiqləndi27-10-2020, 12:04. Разместил: azadses |
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Вернуться назад |