Главная > Siyasət > Müdafiə Nazirliyi Ermənistanın yalan xəbər yaydığını BƏYAN ETDİ

Müdafiə Nazirliyi Ermənistanın yalan xəbər yaydığını BƏYAN ETDİ


27-10-2020, 11:14. Разместил: azadses
“Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən ''Azad Səs'' -ə verilən açıqlamada bildirilib.


“Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur”,-deyə nazirlik əlavə edib.

Вернуться назад