Главная > Siyasət > POLKOVNİK: Laçınla bağlı xoş xəbərlər eşidəcəyik və... - SON DƏQİQƏ

POLKOVNİK: Laçınla bağlı xoş xəbərlər eşidəcəyik və... - SON DƏQİQƏ


26-10-2020, 14:01. Разместил: azadses
"Bir sıra məsələlər var ki, onlar operativ şəkildə həll edilməlidir. Lakin döyüçlərin gedişatında təəssüf ki, bəzi ləngimələr olub. O ləngimələrin nədən ibarət olduğunu isə Ali Baş Komandan və Müdafiə Nazirliyi daha yaxşı bildir. Yəqin ki, döyüşlər qələbə ilə yekunlaşdıqdan sonra bu haqda ətraflı məlumat veriləcək".
''Azad Səs'' Redaktor.az -a istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərova dünən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Prezident İlham Əliyev müşavirədə bəzi problemlərin aradan qalxması üçün göstərişlər verib:
“Hesab edirəm ki, Ali Baş Komandanın hərb müşavirədə dediyi o ləngimələr bundan sonra olmayacaq. Çünki qərargahda Müdafiə Nazirliyinin rəhbərliyinə, cəbhə bölgəsində yerləşən birlik komandirlərinə müəyyən tapşırıqlar verdi. Onlar Prezidentin tapşırıqlarını tam şəkildə yerinə yeirəcəklər. Hazırda hər şey plan üzrə gedir və narahatlığa ciddi əsas yoxdur. Bəzi məqamlara müharibədən sonra aydınlıq gətiriləcək. Müəyyən boşluğa və ehtiyatsızlığa yol verənlər sərt şəkildə cəzalandırılaacaq”.
Hərbi ekspert tezliklə Laçın rayonu haqqında xoş xəbərlərin olacağını bildirib:
“Bu gün Müdafiə Nazirliyinin xəbərinə görə, Azərbaycan Ordusu Laçının Səfiyan kəndindədir. Ordumuz Laçın rayonu ərazisinə daxil olubsa, bu, o deməkdir ki, yaxın vaxtlarda Laçınla bağlı xoş xəbərlər eşidəcəyik”.
Ü.Cəfərov Kəlbəcər rayonun bir hissəsinin işğaldan azad olunmasından da danışıb:
“Prezident İlham Əliyevin dünən açıqladığı məlumata görə, artıq Azərbaycan Ordusu Kəlbəcərin bir hissəsini işğaldan azad edib. Bu, böyük uğurdur və düşmən artıq çox çətin vəziyyətə düşüb. Həmçinin, Kəlbəcərə Ordumzuzun girişi o deməkdir ki, artıq qələbəyə sayılı günlər qalıb”.

Вернуться назад