Главная > Siyasət > Ermənistan məğlubiyyəti ilə barışıb, rəsmi etiraf edə bilmir - Rusiyalı ekspert

Ermənistan məğlubiyyəti ilə barışıb, rəsmi etiraf edə bilmir - Rusiyalı ekspert


26-10-2020, 09:07. Разместил: azadses
Azərbaycan Ordusunun öz torpaqlarını Ermənistanın işğalından azad etməsi tanınmış rusiyalı ekspertlərin də diqqətini cəlb edib. 
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, rusiyalı ekspert Boris Rojin Qarabağda hərbi əməliyyatlar meydanına analitik nəzərə salıb. Onun fikrincə, Azərbaycan Ordusu ciddi hərbi-taktiki üstünlüyə malikdir və təşəbbüs tam olaraq əlindədir.
 
“Oktyabrın 25-i səhər saatları üçün Azərbaycan Ordusu operativ situasiyaya tam hakimdir. Ordu hissələri cəbhənin istənilən istiqamətində hücuma keçə bilər, Ermənistan Ordusu isə tez-tez dəyişən bu operativ situasiyaya reaksiya verməlidir. 
 
Ermənistan ordusunun Cəbrayıl və Zəngilan uğrunda döyüşlərdə üstünlküyü ələ almaq cəhdləri tam uğursuzluqla başa çatdı və buna görə onlar İranla Qarabağın sərhəddini tam olaraq nəzarətdən buraxmalı oldu. Həmçinin, Laçın dəhlizi üçün də ciddi təhlükə yaranıb. 
 
Cəbhənin şimal istiqamətində Azərbaycan ordusu Talış və Suvoquşan kəndlərini nəzarətı alıb. Bundan başqa, perodik olaraq, Ağdərəyə şimal və şərq istiqamətlərindən hücum cəhdləri və artilleriya zərbələri endrilir. 
 
 
Ağdam istiqamətində Azərbaycan Ordusu ermənilərin müdafiə xəttini yarmağa cəhd göstərməsə də, düşmənin xeyli qüvvəsini bu ərazidə saxlamağa vadar edir.
 
Ermənilər üçün ən ağır vəziyyət cənub istiqamətində yaranıb. Hadrud və Füzulini azad etdikdən sonra Azərbaycan Ordusu düşmənin 2-ci müdafiə xəttinə tam daxil olub və Xocavənd rayonunu tam nəzarətə almaqla dağ yolları ilə Şuşaya qədər irəliləyə biləcək. 
 
Hadrut və Füzuli döyüşlərində ciddi canlı qüvvə və hərbi texnika itirən erməni qoşunları dağınıq halda geri çəkilib. Bu hissədə dağlıq relyef olduğu üçün erməni qüvvələri çox çətinliklə olsa da, müdafiə xəttini saxlaya bilirlər. 
 
Dağlıq ərazidə Azərbaycan Ordusu azad etdiyi ərazilərdə möhkəmləndikdən, yeni qüvvələri döyüşə cəlb etdikdən sinra ermənilərin ikinci müdafiə xəttini də yararaq Qarabağın mərkəzinə irəliləməyi planlaşdırır. 
 
 
İranla sərhəddə ermənilərin müdafiə xətti tamamilə dağılıb. Cəbrayıl döyüşlərindəki ağır məğlubiyyətdən sonra erməni qüvvələri Zəngilana, ardınca isə Lçaın dəhlizinə doğru geri çəkiliblər. Artilleriyadan istifadə edərək Qubadlının Xanlıq kəndi istiqamətində əks-hücum edən Ermənistan ordusu Azərbaycanın səliqəli müdafiə xətti, ağır artilleriya və dron hücumlarılndan sonra ağır itkilərlə geri çəkilməli oldu. 
 
Qələbə əhval-ruhiyyəsində olan azərbaycanlılar yeni hücuma keçərək Qubadlıya və Zəngilan rayonunun şimal istiqamətində uğurlu hücumlar həyata keçirdi.
 
Laçın dəhlizinin stratreji əhəmiyyətini anlayan Ermənistan bütün qüvvələrini toplayaraq hücumu dəf etdi, lakin dəhlizin 10-15 kilometrliyində duran Azərbaycan Ordusu yaxın vaxtlarda daha geniş və inamlı hücumlara başlayacaq. 
 
Artıq indidən Azərbaycan ermənilərə Laçın dəhlizindən tam miqyasda istifadə etməyə imkan vermir. Xanlıq kəndindən gedən yol, eyni zamanda dağ cığırları ilə həyata keçiriləcək yeni hücumlar Laçın dəhlizinin tam atəş altına düşməsinə səbəb olacaq. 
 
 
Analitik hesab edrir ki, hazırkı mərhələdə Azərbaycan Xocavəndi tam azad etmək, Şuşaya hücum üçün zəmin yaratmaq, Qubadlından şimaldakı erməni qüvvələrini darmadağın etmək və Laçın dəhlizini nəzarətə almaq, Zəngiladan qərbə və cənub-qərbə yerləşən dağınıq erməni qüvvələrini ərazidən təmizləmək niyətindədir..
 
Ermənistan isə nəyin bahasına olur olsun, Laçın dəhlizinə nəzarəti əldə saxlamaq, Qubadlı və Hadrud istiqamətindəki Azərbaycan qüvvələrini döyüşlərdə yormaq, Şuşaya hücumu önləmək üçün Xocavəndi hər vəchlə əldə saxlamaq.
 
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının azad ediləcəyi faktı ilə barışır. Sadəcə bunu rəsmi şəkildə bəyan edə bilməz.

Вернуться назад