Главная > Siyasət > “Ermənistan rus yeniyetməni qətlə yetirməklə dünyaya müharibə elan etdi”
“Ermənistan rus yeniyetməni qətlə yetirməklə dünyaya müharibə elan etdi”24-10-2020, 13:39. Разместил: azadses |
“Ermənistanın bütün beynəlxalq konvensiyaları və insanlıq normalarını pozması hər zaman gündəmdə olan məsələdir. Döyüş meydanında Azərbaycan ordusunun qarşısından qaçaraq yaşayış məntəqələrimizi, mülki vətəndaşlarımızı atəşə tutması Ermənistan rejiminin cinayətlərini daha da artırır”. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Ermənistanın Gəncəyə iki dəfə terror hücumu nəticəsində 30-a yaxın mülki vətəndaş həlak olub: “Bildiyiniz kimi, 17.10.2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Bu, bir daha göstərir ki, Ermənistan üçün insanlıq, milliyət anlayışı yoxdur və onlar ancaq dinc insanları hədəfə alır. Rusiya vətəndaşının hədəfə alınması, onun Ermənistanın Gəncəyə atdığı raket atəşi nəticəsində həlak olması Ermənistanın bütün insani qanunları pozduğunu, onun təkcə Azərbaycana deyil, bütün dünyaya müharibə elan etdiyini göstərir. Ermənistanın cinayətkar hakimiyyəti üçün insan həyatı, humanistlik deyilən bir anlayış yoxdur. Bu gün Ermənistanın hərbi-siyasi rəhbərləri hərbi cinayətkar kimi hərəkət edirlər. Onların yeri Haaqa məhkəməsidir”. Вернуться назад |