Главная > Siyasət > İşğaldan azad edilmiş şəhər və kəndlərimiz
İşğaldan azad edilmiş şəhər və kəndlərimiz23-10-2020, 14:47. Разместил: azadses |
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 50 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 32 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 18 kəndi, Tərtər rayonunun 3, həmçinin Ağdərə rayonu və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub. ''Azad Səs'' AZƏRTAC-a istinadla düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir: 27 sentyabr Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər 3 oktyabr Tərtər rayonunun Suqovuşan və Talış kəndləri Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi 4 oktyabr Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri 9 oktyabr Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri Tərtər rayonunun Çaylı kəndi 14 oktyabr Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri 15 oktyabr Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri Füzuli rayonunun Arış kəndi Cəbrayıl rayonunun Doşulu kəndi 16 oktyabr Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri 17 oktyabr Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri 18 oktyabr Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırıldı 19 oktyabr Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri 20 oktyabr Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri 21 oktyabr Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri 22 oktyabr Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri Вернуться назад |