Главная > Siyasət > Ermənilər 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb

Ermənilər 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb


22-10-2020, 16:26. Разместил: azadses
Baş prokuror Kamran Əliyev Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Azad Səs”-ə verilən məlumata görə, Baş Prokuror sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalmasını qeyd etməklə xüsusilə vurğulayıb. 
Ümumilikdə mülki əhalidən 63 nəfər həlak olub, onlardan 18-i qadın, 8-i uşaq olub, 293 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaq olub, 2072 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Rüstəm Soli ölkəsinin rəsmi mövqeyini bildirərək Azərbaycanın ərazi bütövlüyünün Tacikistan dövləti tərəfindən tanındığını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini qeyd edib.


Вернуться назад