Главная > Siyasət > Müdafiə Nazirliyi: Erməni hərbçilər döyüşlərdə iştirakdan imtina edirlər

Müdafiə Nazirliyi: Erməni hərbçilər döyüşlərdə iştirakdan imtina edirlər


22-10-2020, 11:36. Разместил: azadses
Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirakdan imtina edir.
Bu barədə ''Azad Səs'' -ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlum olub ki, 543-cü alayın ehtiyat bölmələrinin hərbi qulluqçuları Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinləri cəlb edilib. Eyni zamanda yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.
Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohum və tanışları telefon vasitəsilə zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir.

Вернуться назад