Главная > Siyasət > Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatdı

Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatdı


21-10-2020, 10:42. Разместил: azadses
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən ''Azad Səs'' -ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 981-dir.


Вернуться назад