Главная > Siyasət > Fransada Azərbaycanın Dostları Ermənistanın raket hücumlarını pisləyib
Fransada Azərbaycanın Dostları Ermənistanın raket hücumlarını pisləyib20-10-2020, 12:41. Разместил: azadses |
Parisdə fəaliyyət göstərən Fransada Azərbaycanın Dostları Assosiasiyası (ADA) ölkə mətbuatına müraciət edib. ''Report''un yerli bürosu xəbər verir ki, təşkilat müraciətində Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 27-dən Azərbaycanın bir sıra şəhərlərinin mülki əhalisini hədəfə alan raket hücumlarını qətiyyətlə pisləyib. "Münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın ikinci böyük tarixi şəhəri olan Gəncə bir neçə dəfə hədəfə alınıb və nəticədə qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 25 mülki vətəndaş dünyasını dəyişib, ən azı 127 mülki vətəndaş yaralanıb. Ümumilikdə, sentyabrın bəri öldürülən mülki vətəndaşların sayı 61-ə, yaralılaların sayı isə 282-yə çatıb. Bu hərbi cinayətlər BMT və Avropa İttifaqı tərəfindən pislənilib və qəbuledilməz hesab olunub. Assosiasiya Ermənistanın bu yeni təxribatının günahsız qurbanlarının ailələrinə başsağlığı verir və bütün Azərbaycan xalqına öz dəstəyini bildirir", - müraciətdə qeyd olunub ADA Ermənistanı Azərbaycan torpaqlarının işğalını davam etdirə bilməyəcəyini anlamağa çağırır: "Ermənistanın əhaliyə və mülki infrastruktura qarşı birbaşa və qəsdən hücumları beynəlxalq və insan hüquqları qanunlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının, Uşaq hüquqları və İnsan Hüquqları Konvensiyalarının ciddi şəkildə pozulmasına səbəb olur. ADA ümid edir ki, Minsk qrupuna daxil olan dövlətlər qısa zamanda reaksiya verəcəklər və 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 822, 854, 874 və 884 saylı qətnamələri tətbiq ediləcək. Ermənistan tarixi reallığın əksinə gedərək özünü başlatdığı münaqişənin qurbanı kimi qələmə verməyi dayandırmalıdır". Вернуться назад |