Главная > Siyasət > Azərbaycan və Fransa XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Fransa XİN başçıları arasında telefon danışığı olub


19-10-2020, 16:41. Разместил: azadses
Bu gün Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub. Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
XİN-in Mətbuat xidmətindən ''Azad Səs'' -ə bildirilib ki, C.Bayramov atəşkəsin rəsmi elan olunmasından sonra ikinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə Fransa Xarici İşlər Nazirinə məlumat verib.
O qeyd edib ki, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və Füzuli, Cəbrayıl və Hadrut bölgələri istiqamətlərində hücum cəhdləri açıq şəkildə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqeləri yenidən ələ keçirməyi hədəf aldığını göstərir.
Nazir humanitar atəşkəsin pozmaqla bir daha Ermənistan Respublikasının beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə biganə olduğunu nümayiş etdirir.
Nazir Jean Yves Le Drian humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğulayıb və ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında təxirə salınmadan mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.
Nazir bu hərbi cinayətə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğuladı. C.Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.

Вернуться назад