Главная > Siyasət > “Erməni əsirlər ailə üzvləri ilə əlaqə saxlayıb”
“Erməni əsirlər ailə üzvləri ilə əlaqə saxlayıb”19-10-2020, 16:26. Разместил: azadses |
“Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb”. ''Azad Səs'' ''Qafqazinfo''-ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komitəsi tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib: “Azərbaycanda olan yaralı erməni əsirlərinə Azərbaycan Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliklə və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək lazımi tibbi yardım göstərdi. Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər”. Вернуться назад |