Главная > Siyasət / Manset > Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb

Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb


19-10-2020, 13:09. Разместил: azadses
"Vətən müharibəsi başlayandan sonra 20 gün ərzində Prezident İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri təxminən 321 min nəfər artıb!"
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz feysbuk hesabında yazıb.
O bildirib ki, hazırda Prezidenti tvitterdə 621 mindən çox mikrobloqçu izləyir:
"Bu, təxminən elə tvitterin Azərbaycan seqmentinin auditoriyasının göstəricisidir.
Belə görünür ki, Prezidentin məşhur tvittləri cəmiyyətimizə yeni bir ictimai platforma , tvitter Azərbaycan platforması bəxş edəcək".


Вернуться назад