Главная > Siyasət > Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir

Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir


18-10-2020, 14:42. Разместил: azadses
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Böyük Millət Məclisi Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Mustafa Şəntopu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər qarşılayıblar.

Вернуться назад