Главная > Siyasət > Türkiyə MN: “Bir millət iki dövlət olaraq əbədi birgə qalacağıq”

Türkiyə MN: “Bir millət iki dövlət olaraq əbədi birgə qalacağıq”


18-10-2020, 10:42. Разместил: azadses
Türkiyə Milli Müdafiə Nazirliyi tvitterdə Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, təbrik mətnində deyilir:

“Qardaşımız, Canımız Azərbaycanımız... Müstəqillik Gününüz mübarək olsun.

Dağlıq Qarabağı Ermənistan işğalından azad etmək üçün yürütdüyü hərəkatda qardaşlarınız olaraq yanınızdayıq və hər zaman da yanınızda olacağıq. Bir millət iki dövlət olaraq əbədi birgə qalacağıq”, - qeyd olunub.

Вернуться назад