Главная > Siyasət / Dünya > Almaniyalı jurnalist Gəncədəki terrordan yazdı

Almaniyalı jurnalist Gəncədəki terrordan yazdı


17-10-2020, 11:13. Разместил: azadses
“Ermənistan Gəncəyə qarşı təcavüzə haqq qazandırır”.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke tvitterdəki hesabında yazıb.
“Bəli, şəhərdə çox sayda hərbi hədəflər mövcuddur. Xeyr: rəsmi Yerevan heç birini sovet ballistik raketi ilə vura bilməz. Əslində, raket zərbələri iddia edilən hədəflərdən 1-2 kilometr uzağa endirilib”, - o qeyd edib.
Qeyd edək ki, Y.Röpke münaqişələr üzrə ekspertdir.

Вернуться назад