Главная > Siyasət > İlham Əliyev: "Soros Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı"

İlham Əliyev: "Soros Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı"


16-10-2020, 17:35. Разместил: azadses
“Mən Soros deyəndə təkcə Corc Sorosu nəzərdə tutmuram. Bu, bir anlayışdır, bu bir hərəkətdir, dağıdıcı bir hərəkətdir, yırtıcı bir hərəkətdir, bu, müstəmləkəçi bir hərəkətdir”.
“Azad Səs” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı bildirib.
“Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu olub. Paşinyan əslində hər zaman anti-Rusiya mövqeyində olub. Onun partiyası “Yolka”nın adını tərcümə etsək, “çıxış” deməkdir. Hardan çıxış? ODKB-dən və Avrasiya Birliyindən. O millət vəkili kimi həmişə Rusiyanın əleyhinə idi. Anti-Rusiya mövqeyində idi. Ona görə mən təəccüb edirəm ki, bu günədək Rusiyada bəzi siyasi dairələr onun tərəfini tuturlar. Axı bu ruspərəst qüvvələrə qarşı inqilab etdi, ruspərəst prezidentləri həbsə atdı, ruspərəst ana müxalifət partiyasının sədrini həbsə atdı. Hər şeyi Rusiyanın əleyhinə etdi. Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (NATO tipli təşkilatdır) erməni əsilli baş katibini həbsə atdı. Bu, Sorosun sözü ilə oturub-duran adamdır. Bir də ki, onun komandasına baxın: “Soros Foundation”, “Açıq Cəmiyyət” təşkilatı, “Amnesty International” – hamısı bunlardır. Yəni Soros bu gün Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı”, - Prezident söyləyib.

Вернуться назад