Главная > Siyasət > Dövlət başçısı: “Atəşkəsdən sonra 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal etmək istədilər"
Dövlət başçısı: “Atəşkəsdən sonra 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal etmək istədilər"16-10-2020, 16:36. Разместил: azadses |
“Atəşkəsdən sonra 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal etmək istədilər, 3 dəfə ora həmlə etdilər”. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. “Amma 3 dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə işğalçılıq siyasətini davam etdirməkdir”, - Prezident əlavə edib. Вернуться назад |