Главная > Siyasət > Xocalı qətliamının iştirakçısı yaralandı, oğlu məhv edildi
Xocalı qətliamının iştirakçısı yaralandı, oğlu məhv edildi16-10-2020, 13:46. Разместил: azadses |
Günlərdir Dağlıq Qarabağda davam edən döyüşlərə qatılan işğalçı Ermənistanın keçmiş deputatı Rüstəm Qasparyan yaralanıb, oğlu isə məhv edilib. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Araik Aqababyan “News.am” saytına məlumat verib. O bildirib ki, əməliyyat olunan Qasparyanın vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd edək ki, Qasparyan birinci Qarabağ savaşı zamanı azərbaycanlılara qarşı çox vəhşiliklərə imza atıb. O cümlədən Xocalı qətliamının iştirakçılarından olub. "Qara qaplan" adlı terror qruplaşmasının başçısı olub. İşğalçı ölkənin “Hraparak” qəzetinin iyulda yaydığı məlumata görə, həmin ayın 5-də, "Tovuz hadisələri"ndən sonra Rustam Qasparyan Armavirdə "Qara qaplan" təşkilatının toplantısını keçirib, "Qara qaplan"ı yenidən yaratdığını bəyan edib. Qarabağda hərbi əməliyatlar başlayandan sonra oğlu ilə birlikdə Qarabağa gəlib. Вернуться назад |