Главная > Siyasət > Hikmət Hacıyev: "Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır"

Hikmət Hacıyev: "Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır"


16-10-2020, 13:37. Разместил: azadses
“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir”.
“Azad Səs” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
“Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - o vurğulayıb.Report


Вернуться назад