Главная > Siyasət / Manset > MN: Bu videolar təxribat xarakteri daşıyır

MN: Bu videolar təxribat xarakteri daşıyır


15-10-2020, 16:14. Разместил: azadses
Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Azad Səs"-ə bildirilib ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır:

"Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur.
Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə riayət edərək hərəkət edir".


Вернуться назад