Главная > Siyasət > Düşmənin təxribatları nəticəsində ölən mülki əhalinin sayı 43-ə çatdı - FOTO
Düşmənin təxribatları nəticəsində ölən mülki əhalinin sayı 43-ə çatdı - FOTO15-10-2020, 11:58. Разместил: azadses |
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 43 mülki şəxs həyatını itirib. ''Azad Səs'' xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 218 dinc sakin yaralanıb. “1592 yaşayış evi, 290 mülki obyekt və 79 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib. Вернуться назад |