Главная > Siyasət / Manset > Erməni təcavüzü nəticəsində həlak olan mülki şəxslərin sayı 43-ə çatıb
Erməni təcavüzü nəticəsində həlak olan mülki şəxslərin sayı 43-ə çatıb14-10-2020, 11:00. Разместил: azadses |
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən "Azad Səs"-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxsi qətlə yetiririlib, 214 nəfəri isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 277, çoxmənzilli yaşayış binalarının sayı 66, yaşayış evlərinin sayı isə 1 505-dir. Вернуться назад |