Главная > Siyasət > Hikmət Hacıyev: “Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə ikiüzlülükdür”
Hikmət Hacıyev: “Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə ikiüzlülükdür”14-10-2020, 10:50. Разместил: azadses |
“Ermənistanın humanitar atəşkəsə “sadiq qalması” tam riyakarlığın təzahürüdür”. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb. “Səhərdən Tərtər şəhəri güclü artilleriya hücumuna məruz qalır. Şəhərə və ətraf kəndlərə 100-dən çox top mərmisi atılıb, 6 dinc sakin yaralanıb. Bir mülki şəxs qətlə yetirilib. Tərtər - erməni nasizmi qarşısında Azərbaycanın “Stalinqrad”ıdır”, - o yazıb. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir. Bir mülki şəxs ölüb. Вернуться назад |