Главная > Siyasət / Dünya > “Rəsmi Paris Qarabağ məsələsində bitərəf qalmalıdır” - Fransa XİN
“Rəsmi Paris Qarabağ məsələsində bitərəf qalmalıdır” - Fransa XİN14-10-2020, 09:22. Разместил: azadses |
“1994-cü ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən Rusiya, ABŞ və bizə verilən səlahiyyət bitərəf qalmağımızı tələb edir”. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Lö Drian Fransa parlamentində çıxışı zamanı ermənipərəst millət vəkillərinin Dağlıq Qarabağ problemində Ermənistanı dəstəkləmə çağırışlarına cavab olaraq bildirib. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik rolunu oynadığını deyən Lö Drian, “İki ölkədən birini dəstəkləsək, qanuni hərəkət etmərik”,- deyə qeyd edib. O, ölkəsinin Azərbaycanla uzunmüddətli əlaqələrinin olduğunu da sözlərinə əlavə edib. Вернуться назад |