Главная > Siyasət / Dünya > Lavrovdan Yerevana sətiraltı MESAJ: “Danışıqları uzatmaq olmaz”
Lavrovdan Yerevana sətiraltı MESAJ: “Danışıqları uzatmaq olmaz”12-10-2020, 15:45. Разместил: azadses |
Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Moskvada həmkarı Sergey Lavrovla görüşüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, danışıqlardan sonra birgə mətbuat konfransı keçirən nazirlər danışıqlar prosesinə toxunublar. “Dağlıq Qarabağda münaqişə iştirakçıları tərəfindən siyasi dialoqu uzatmaq olmaz”-deyə Lavrov açıqlama verib. Bununla o, rəsmi Yerevanın danışıqlar prosesini ləngitmək cəhdinə cavab verib. Zoqrab Mnatsakanyan isə növbəti dəfə rəsmi Bakının ünvanına qərəzli ittihamlar səsləndirərək, Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşmasını növbəti dəfə ortaya qoydu. Вернуться назад |