Главная > Siyasət > Hikmət Hacıyev xarici diplomatların Gəncə səfərindən yazdı
Hikmət Hacıyev xarici diplomatların Gəncə səfərindən yazdı12-10-2020, 15:08. Разместил: azadses |
“Xarici diplomatlar Gəncədə raket zərbəsindən sonra dağıntılar olan yerə baş çəkiblər”. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında yazıb. “Xarici diplomatlar və Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların rəhbərləri Ermənistanın baş nazirinin göstərişi ilə Gəncə şəhərinin dinc sakinlərinə qarşı törədilən hərbi cinayətləri öz gözləri ilə gördülər. Onlar həmçinin günahsız qurbanların xatirəsini yad etmək üçün hadisə yerinə gül qoydular”,- deyə H. Hacıyev qeyd edib. Вернуться назад |