Главная > Siyasət > Xalq artistindən həmkarlarına atmaca: Onlar kimi deputat olmaq istəmirəm

Xalq artistindən həmkarlarına atmaca: Onlar kimi deputat olmaq istəmirəm


26-12-2019, 14:15. Разместил: azadses
Mən deputat olmaq istəmirəm.
Bunu Oxu.Az-a danışan Xalq artisti Arif Quliyev son günlər sənət insanlarının deputat olmaq istəyinə münasibət bildirərkən deyib.
“Sənət insanlarının deputat olması normaldır. Bir insanı xalq sevirsə, onun sənəti təsdiq olunubsa, niyə də deputat olmasın?!Yalnız teatrla kifayətlənməyən aktyor özünü ictimai xadim kimi Milli Məclisdə görür. Ümumiyyətlə, hərənin öz məqsədi var. Ola bilər ki, Afaq xanım da bunu özündə hiss etdiyinə görə bu addımı atır. Həm də deputatların parlamentdə sadəcə oturub danışmadıqlarını görür. O, deputat seçildiyi zaman danışıqları ilə sənət insanlarına kömək olmaq istəyir.
Qeyd edim ki, mən digər həmkarlarım kimi deputat olmaq istəmirəm. İnsanlar məşhur olan kimi ssenari yazır, kino çəkir, tamaşalar hazırlayır, şair olur. Həmin insanlar sənətini o işlərlə yox edir. Ancaq məndə heç bir şey alınmır. Həmişə öz sənətimə sadiq olmuşam. Aktyor həmişə insanların qarşısında çıxış etməli, öz sözünü deməli, komediya sahəsində olan aktyorlar isə insanların üzünü güldürməli, mənalı gülüşlə onları düşündürməlidir”, - deyə Xalq artisti bildirib.
Arif Quliyev artıq təqaüdə çıxıb istirahət etdiyini əlavə edib:
“Artıq 69 yaşım var. Ona görə də ağrılar olmalıdır. Əgər insan yaşayırsa həm ağrı, həm də sevinc olmalıdır. Hamısı paraleldir. Ümumiyyətlə, insan özünü müalicə edə bilir.
Hazırda səhhətim yaxşıdır. Özümü yaxşı hiss edirəm. Təqaüdə çıxıb istirahət edirəm”.
Вернуться назад