Главная > Siyasət > Düşmən təcili tibbi yardım avtomobillərini də atəşə tutur

Düşmən təcili tibbi yardım avtomobillərini də atəşə tutur


8-10-2020, 16:39. Разместил: azadses
Cəbhə boyunca Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlıları yaşayış məntəqələrini, mülki obyektləri, dinc sakinləri, hətta təcili tibbi yardım avtomobillərini atəşə tutmaqda davam edir.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, oktyabrın 4-də yaralıları daşıyan təcili tibbi yardım avtomobili Ağcabədi rayonunun Sarıcallı kəndi ərazisində düşmən artilleriyasının hücumuna məruz qalıb. Sürücü Əliyev Yasər Alik oğlu və həkim anestezioloq Babayev Tural Akif oğlu ağır bədən xəsarətləri alıblar.
Oktyabrın 6-da isə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yaralıları daşıyan təcili tibbi yardım avtomobili düşmənin atəşinə tuş gəlib. Hadisə nəticəsində feldşer Əhmədli Azər Eldar oğlu və sürücü Musayev Zəfər Həsən oğlu ağır bədən xəsarətləri alıblar.



Вернуться назад