Главная > Siyasət > Administrasiyanın keçmiş şöbə müdiri nazir müavini oldu

Administrasiyanın keçmiş şöbə müdiri nazir müavini oldu


26-12-2019, 14:09. Разместил: azadses
Dövlət nəzarəti şöbəsinin müdiri işləyib
Ədliyyə Nazirliyində yeni müavin təyinatı olub.
Azadsəs Azvision.az -a istinadən xəbər verir ki, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini təyin edilib.
Qeyd edək ki, Eldar Nuriyev bundan əvvəl Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri işləyib. O, noyabrın 29-da vəzifəsindən azad olunub.
Вернуться назад