Главная > Siyasət > Paşinyan ölkənin təhlükəsizliyinə cavabdeh şəxsi işdən çıxardı
Paşinyan ölkənin təhlükəsizliyinə cavabdeh şəxsi işdən çıxardı8-10-2020, 12:22. Разместил: azadses |
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kəramyan vəzifəsindən azad edilib. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” saytı məlumat yayıb. Onun yerinə isə daha əvvəl Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsini icra etmiş Mikael Hambardzumyan gətirilib. Qeyd edək ki, 1991-ci il təvəllüdlü A. Kəramyan cəmi 4 ay Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edib. Вернуться назад |